Alma cemi.

in #steemix6 years ago (edited)

"Indi alma mövsümüdür, bundan istifadə etmək lazımdır, məsələn alma cemi bişirmək" Dünən belə fikirləşdim və qollarımı çırmalayıb işə başladım.
Əvvəlcə maraqlı bir film tapdım ki, almaları soyub doğrayanda vaxtım boşa getməsin. İlk olaraq almaları yudum, hər birini dörd yerə bölüb qabığını soydum. Cem ətirli olsun deyə iki heyvanı da soyub doğrayıb almalara qatdım. Hamısı birlikdə iki kq oldu.

20181118_120257.jpg

20181118_122846.jpg

Doğranmış meyvələrin üzərinə 1.5 kq şəkər tozu və iki stəkan su əlavə etdim. Qazın üzərinə qoyub tez-tez qarışdıraraq bişirməyə başladım.
Cemin üzərinə çıxan ağ köüyü yığmaq lazımdır. Yarım saat qaynadıqdan sonra meyvələr əzilməyə başladı. Püre əzən alətlə onları əzdim, sona yaxın cem bərkiyir və yapışmağa başlayır. Bu zaman dayanmadan qarışdırmaq lazımdır.

20181118_123950.jpg

20181118_130045.jpg

Təxminən bir saata cem hazır oldu, dadı və ətri çox gözəldir. Cemdən səhər yeməyində və şirniyyatlarda içlik kimi istifadə etmək olar.
Hələ ki, alma boldur, yəqin bir dəfə də belə cem bişirərəm. Qış uzunu piroqların və kruassanların içinə qoymağa marketdən deyil, evdə hazırladığım cemdən içlik hazırlamaq daha xoş olacaq.

20181118_140522.jpg

20181118_140606.jpg

Sort:  

Congratulations @taranaq19 ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 1000 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.