90'lara qayıtdıq
Əgər şəhərin səs-küyündən,internetdən,telefondan uzaq olmaq, ruhunuzu retro hisslərlə qidalandırmaq istəyirsinizsə 90'lar kafeyə getməyinizə dəyər.
Kafenin əsas məqsədi insanlara 90'ları xatırlatmaq, onları o illərə azda olsa qaytarmaq,xüsusilə sevdiklərinizlə xoş vaxt keçirməyiniz üçün sakit və səmimi bir mühit yaratmaq,telefonu bir kənara atıb qarşınızdakı insanlara vaxt ayırmağınız üçün şərait yaratmaqdır.
İçəriyə girdiyinizdə ilkin görünüşdən siz artıq özünüzü 20ci əsrin sonlarında,-90larda hiss edəcəksiniz. Kafedə olan masalar,stullar,kreslolar hamısı 90cı illərə məxsusdur.
Divarlar retro filmlərə məxsus şəkillərlə bəzədilib. Buda sizə filmlərdən maraqlı hissələri xatırlamaqda,həmin hissəni dostlarınıza danışaraq daha gözəl vaxt keçirməyinizə səbəb olacaq.
Kafedə hər şey gözəldir. Ama içlərində ən xoşladığım 90cı illərə məxsus olan musiqilərin səslənməsidir.
Kafedə olan məhdudiyyətlər-içki,siqaret və içkili halda kafeyə girmək qadağandır. Və vifi yoxdur.
Kafedə siz müxtəlif masaüstü oyunlar oynaya bilərsiz. Əlbətdə 90cı illərə məxsus olan və bu gündə bir çoxları tərəfindən həvəslə oynanılan şahmat,şaşki,domino və s.
Bir nüansıda nəzərinizə çatdırımki ancaq oğlanlar olan masaya domino verilmir. Məqsəd digər qonaqların narahatlığına səbəb ola biləcək səs-küyün qarşısını almaqdır. Çünki oğlanlar domino oynayanda oyun oynayırlar yoxsa mübahisə edirlər bilmək olmur.
Kafenin qonağı olaraq bildirmək istəyirəmki xidmətdən,təmizlik və səliqədən eyni zamanda qiymətlərindən çox razı qaldım.
Zəhmət çəkib sona qədər oxuduğunuz üçün sizə öz təşəkkürümü bildirirəm. @miri97
Çox sağolun😊
bura üçün lap darıxdım.Uzaq olmasada bəzi işlərlə əlaqədar gedə bilmirem
Vaxt edib gedərik
rahat restoran, o il hərəkət etdiyimiz müddətdə divardakı məşhur bir komefianın şəklini gördüm Mr ben, ən azından gülməlidir
Rəyinizçün təşəkkür